Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tbilisidə GÜCLÜ YANĞIN
Tbilisidə GÜCLÜ YANĞIN
30 Yanvar 2017 / 14:02 / Baxış sayı: 944
Font1 Font2 Font3 Font4

Gürcüstanın paytaxtı Tbilisi qara tüstüyə bürünüb.

arxiv.bizimxeber.az report-a istinadən xəbər verir ki, səhərə yaxın Tbilisinin mərkəzi “Dinamo” stadionunun yaxınlığındakı “Uşaq aləmi” mağazalar şəbəkəsində yanğın baş verib. Alov ikimərtəbəli ticarət mərkəzindən yaxınlıqdakı “Qızıl dünyası” mağazalar şəbəkəsinə keçib.

Yanğının söndürülməsinə şəhərin bütün hissələrindən 30 briqada cəlb olunub. Alovun söndürülməsi zamanı bir nəfər yanğınsöndürən xəsarət alıb. Hadisə nəticəsində 1000-ə yaxın insanın mağazası və satış şəbəkəsi yanıb.

Tbilisi şəhərinin meri, Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri hadisə yerindədirlər.
Faktla bağlı cinayət işi başlanılıb.
Alovun yaxınlıqdakı yaşayış binalarına və başqa binalara keçməsinin qarşısı alınsa da alov hələ tam söndürülməyib. Dəmir yolu vağzalı da tüstü içərisindədir.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə