Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstanda Azərbaycanlıya məxsus narkotik anbarı aşkarlandı
Gürcüstanda Azərbaycanlıya məxsus narkotik anbarı aşkarlandı
30 Yanvar 2017 / 14:11 / Baxış sayı: 786
Font1 Font2 Font3 Font4

Gürcüstan Daxili İşlər Nazirliyinin mərkəzi kriminal polis departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə baş idarəsinin əməkdaşları Tbilisidə narkocinayətlə əlaqədar Azərbaycan vətəndaşını saxlayıblar.

“Qruziya-Online” portalı xəbər verir ki, 1985-ci ildə anadan olmuş vətəndaş E.İ. müvəqqəti yaşayış yerində saxlanılıb. Polis evdə axtarış zamanı külli miqdarda narkotik maddə aşkarlayaraq, maddi sübut kimi onları müsadirə edib.

“Axtarış zamanı MDMA narkotik vasitəsi (ekstazi – red.) olan 727 həb, 52 plitə və tərkibində 15,07 qram çətənə qətranı olan narkotik maddə ələ keçirilib.

Vətəndaş E.İ.-nin narkoloji yoxlaması nəticəsində onun narkotikdən istifadə etməsi faktı qeydə alınıb. Hazırda külli miqdatda narkotik maddənin qanunsuz şəkildə əldə edilməsi və saxlanması üzrə istintaq gedir”, – DİN-in bəyanatında deyilir.(“Report”)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə