Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azay Quliyev 2 fevral Gənclər günü münasibəti ilə seçiciləri ilə görüşüb
Azay Quliyev 2 fevral Gənclər günü münasibəti ilə seçiciləri ilə görüşüb
30 Yanvar 2017 / 19:45 / Baxış sayı: 868
Font1 Font2 Font3 Font4

Bu gün deputat Azay Quliyev seçicisi olan gənclərlə Binəqədi rayonunda görüş keçirib. 2 fevral Gənclər gününün elan olunmasından ötən 20 il ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini deyən Azay Quliyev dövlətimizin gənclərə olan qayğısı haqqında danışıb.

Azay Quliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra gənclər hərakatının formalaşma mərhələləri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə birinci Gənclər Forumunun keçirilməsi, bu tarixi proses haqqında xatirələrini bölüşüb.

Deputat Azay Quliyev Leyla Quliyeva, Fidan Axundova, Nurlan Hacıyev, Sona Quliyeva və digər gənclərin beynəlxalq əməkdaşlıq proramlarında iştirak, multikutralizm sahəsində həyata keçirilən layihələr, beynəlxalq münasibətlərdə ikili standartların tətbiqi, gənclərin könüllülük mübadiləsi, təhsil və digər mövzularda suallarını cavalandırıb.

Gənclər çıxış edərək təhsilində və ictimai fəaliyyətində fərqlənən bir qrup gəncin valideyninə Gənclər günü münasibəti ilə ünvanladığı məktuba görə deputatları Azay Quliyevə təşəkkürlərini bildiriblər.

Azay Quliyev görüşdə müzakirə olunan məsələlərin icrası və gənclərin irəli sürdüyü məsələlərin həlli ilə bağlı təkliflərini verib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə