Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

CNN-in Facebook səhifələri DAĞIDILDI
CNN-in Facebook səhifələri DAĞIDILDI
31 Yanvar 2017 / 12:00 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4

OurMine haker qruplaşmasının üzvləri CNN kanalının Facebook səhifələrini hak ediblər.

Milli.Az technote.az-a istinadən xəbər verir ki, hakerlər, CNN International və CNN Politics səhifələrini ələ keçiriblər. Hakerlər həmin səhifələrdə öz loqolarını paylaşaraq ənənəvi ismarıclarını yerləşdiriblər.

“Salam. Bu OurMine-dır. Biz sizin təhlükəsizliyinizi yoxlayırıq. Məlumat almaq üçün bizimlə əlaqə saxlayın”, – deyə ismarıcda qeyd olunub. Güman olunur ki, sözügedən haker qruplaşmasına 3 ərəb məktəbli daxildir. Yarım saatdan sonra Facebook-un adminləri CNN səhifələrini bərpa edərək hakerlərin ismarıclarını siliblər. Qeyd etmək lazımdır ki, sözügedən haker qruplaşması 23 yanvar tarixində The New York Times qəzetinin Twitter səhifəsini hak edərək orada Moskvanın ABŞ-a nüvə silahı ilə hücumu barəsində saxta xəbərlər paylaşmışdı. Müxtəlif zamanlarda isə OurMine Mark Zukerberqin, “Twitter”in yaradıcısı Cek Dorsinin və “Yahoo”nun prezidenti Marissa Mayerin səhifələrini hak edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə