Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qafqaz” Universitetini terror təşkilatı kimi tanıdılar
“Qafqaz” Universitetini terror təşkilatı kimi tanıdılar
31 Yanvar 2017 / 12:03 / Baxış sayı: 1366
Font1 Font2 Font3 Font4

İstanbul Prokurorluğu Bakıdakı “Qafqaz” Universitetini terror ideyalarını yayan təşkilatların siyahısına daxil edib.

Virtualaz.org bildirir ki, bu barədə “Hurriyet” nəşri yazıb.

Xəbərdə deyilir ki, Türkiyə Prokurorluğu Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Rumıniya və başqa ölkələrdə fəaliyyət göstərən və Fətullah Gülənin terror təşkilatında iştirakı olan 17 təhsil müəssisəsinin siyahısını dərc edib.

Prokurorluğun məlumatlara görə, bu ali məktəblər Gülən hərəkatının ideyalarını və hədəflərini yayırlar.

Bu arada məlum olub ki, Azərbaycan Təhsil Nazirliyində növbədənkənar Kollegiya iclası keçirilib. Kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

Nazirlikdən  verilən məlumata görə, müzakirə nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə – Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.

Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi – Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.

Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə