Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Toya 1 dollar xərclədilər, 5 günlük bal ayı qazandılar
Toya 1 dollar xərclədilər, 5 günlük bal ayı qazandılar
31 Yanvar 2017 / 22:11 / Baxış sayı: 1034
Font1 Font2 Font3 Font4

Bir-birini sevən cütlük xərcləri 300 dolları keçdiyi üçün iki dəfə toyu təxirə salıb

Keniyada toy xərclərinə pulları çatmayan gənc cütlük yalnız 1 dollara başa gələn nikah mərasimi ilə internetdə populyar olub.

İstiPress-in BBC-yə istinadən verdiyi xəbərə görə, təxminən 300 dolları ötən xərcləri qarşılaya bilmədikləri üçün keçən il toylarını iki dəfə təxirə salmaq məcburiyyətində qalan Uilson və Enn Mutura cütlüyü, daha çox gözləməmək üçün minimum xərclə evlənməyə qərar verib.

Toy mərasimlərinə gündəlik paltarlarıyla qatılan cütlük, 1 dolları yalnız parlaq polad zinət əşyaları üçün xərcləyib. Cütlüyün rəsmi nikah əməliyyatları isə kilsə tərəfindən qarşılanıb.

Üç il bir-birini tanıdıqdan sonra evlənmək qərarına gələn, ancaq maddi çətinliklər yaşayan 27 yaşlı Uilson və 24 yaşlı Ennin qənaətcil evliliyi sosial mediada da böyük marağa səbəb olub.

Nəticədə turizm şirkətlərindən biri onlara ikinəfərlik 5 günlük bal ayı turu hədiyyə edib.

“Facebook” və “Twitter” istifadəçiləri cütlüyün bu birliyinə “Əhəmiyyətli olan evlilikdir, toy mərasimi deyil”, “Bəlkə toy edə bilmədilər, amma çox gözəl bir evlilikləri olacaq” və “Məhəbbət onsuz da 5 ulduzlu otelə bərabərdir” kimi şərhlərlə qiymət verib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə