Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maliyyə Nazirliyi: devalvasiya olmasa büdcə deşiyini yamamaq mümkün olmayacaq
Maliyyə Nazirliyi: devalvasiya olmasa büdcə deşiyini yamamaq mümkün olmayacaq
31 Yanvar 2017 / 12:25 / Baxış sayı: 1004
Font1 Font2 Font3 Font4

Rusiya Maliyyə Nazirliyi rublun indiki kursunu yüksək hesab edir və bildirir ki, 10 faizlik devalvasiya aparılmalıdır.

Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” yazıb. Nazirlik rublun indiki kursu ilə hesablamalar apararaq bu qənaətə gəlib ki, büdcə kəsirini ehtiyat fonddan xərcləmələrin hesabına belə doldurmaq mümkün olmayacaq. Belə ki, neftin indiki 55 dollarlıq qiyməti büdcə kəsiri ÜDM-in 1.5 faizini təşkil edəcək, ehtiyat fonddan isə 464 milyard rubl xərclənəcək. Büdcə kəsirini yarıyadək azaltmaq və ehtiyat fonddan xərcləmələri 241 milyard rubl səviyyəsində saxlamaq üçün rubl azı 10 faiz devalvasiya olunmalıdır və 1 ABŞ dolları 65 rubl müəyyən edilməlidir. Nazirliyin hesablamalarına görə neftin qiyməti 40 dollar olsa 1 dollar 69.5 rubla bərabər olmalıdır, federal büdcədə kəsir isə bu halda ÜDM-in 3.1 faizini təşkil edəcək. Maliyyə Nazirliyi hesab edir ki, devalvasiya olmasa büdcədə kəsiri balanslaşdırmaq üçün neft azı 76 dollar olmalıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə