Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəlilabadda dəhşətli qəza -5 nəfər
Cəlilabadda dəhşətli qəza -5 nəfər
31 Yanvar 2017 / 16:44 / Baxış sayı: 1314
Font1 Font2 Font3 Font4

İki nəfərin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir

Ələt-Astara magistral yolunun Cəlilabad rayonun Andrevka kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. İstiPress-in Cənub bürosunun xəbərinə görə, Cəlilabad rayon sakinləri 1961-ci il təvəllüdlü Rəfiyev Telman Adilağa oğlunun idarə etdiyi “VAZ-2107” markalı maşın, 1981-ci il təvəllüdlü Feyziyev Azər Əvəzağa oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobillə toqquşub. Nəticədə sürücü və sərnişinləri- 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisə şahidlərinin İstiPress-in Cənub bürosuna verdikləri məlumata görə, “VAZ2107” nin sürücüsü yanacaqdoldurma məntəqəsinə girən zaman Astara istiqamətində gələn Mersedesin qabağına çıxmaqla qəza şəraiti yaradıb. Qəzanın dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə