Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu gecə Azərbaycanda benzin bahalaşdı – QİYMƏT-FOTO
Bu gecə Azərbaycanda benzin bahalaşdı – QİYMƏT-FOTO
01 Fevral 2017 / 10:09 / Baxış sayı: 1956
Font1 Font2 Font3 Font4

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, artıq yanacaqdoldurma məntəqələrində “AI-95 Premium” və “Aİ-98 Super” markalı benzinin  yeni qiymətləri tablolara vurulub.

Belə ki, “AI-95 Premium” markalı benzinin yeni qiyməti 1,15 AZN və “Super Aİ-98” markalı benzinin isə 1,20 AZN müəyyənləşib.

Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

Qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzin və “L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.

arxiv.bizimxeber.az



Bu gecə Azərbaycanda benzin bahalaşdı – QİYMƏT-FOTO yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə