Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qar yağdı, meyvə-tərəvəzin qiyməti qalxdı
Qar yağdı, meyvə-tərəvəzin qiyməti qalxdı
01 Fevral 2017 / 10:53 / Baxış sayı: 854
Font1 Font2 Font3 Font4
Son günlər qarın yağması meyvə və tərəvəzlərin qiymətlərinə də təsir edib. Belə ki, kənd təsərrüfatı məhsullarının satış mərkəzlərində əksər məhsullar bahalaşıb.
Bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzetin əməkdaşları “8-ci kilometr” bazarında olub və qiymətlərdə maraqlanıblar. Bəlli olub ki, hazırda göyərtilərin bir dəstəsi 20 qəpikdən satılır. Halbuki daha öncə 10 qəpiyə və ya 7-8 dəstəsi 1 manata təklif olunurdu.
Qəzet yazır ki, qiymətlərin qalxmasına digər bir səbəb isə istixanalarda sərf olunan qazın qiymətinin bahalaşmasıdır. Tarif Şurasının təbii qazın qiymətini artırması təkcə göyərtilərin deyil, istixanada yetişdirilən digər məhsulların-pomidor, xiyar, badımcan, bibər, göbələk və sairin də qiymətinə ciddi təsir edib.
Hazırda pomidorun 1 kiloqramı 2.5-3 manat, xiyarın kiloqramı isə 2.20-3 manat arasında dəyişir. Qeyd edək ki, qardan öncə qiymətlər 1.5-2 manat arasında olub.
Kiloqramı 2 manata satılan göbələyin qiyməti isə 3-3.50 manat olub. Kökün kiloqramının qiyməti 40 qəpikdən 60 qəpiyə, ağ və qırmızı turp 1 manata, çuğundur 1 manata satılır. 40-50 qəpiyə satılan kələmin kiloqramı isə topdan satışda 80 qəpik, pərakəndə satışda 90 qəpikdir.
Kartofun qiymətində ciddi artım var. Qiymətlər 70 qəpikdən başlasa da, normal istifadəyə yararlı kartof 1 manatadır.
Meyvələrə gəlincə, əvvəllər 30-40 qəpiyə satılan almadan artıq əsər-əlamət yoxdur. Qiymətlər 1 manatdan başlayır. Nisbətən kiçik və ləkəli almaların 3 kiloqramı 2 manatdır. Satıcıların sözlərinə görə, qiymət artımının səbəbi topdansatışda meyvələrin azalmasıdır.
Qar-çovğun narıngi və portağalın da qiymətinə təsir edib. Narıngi 1.20 manata, portağal 1.5-2 manata satılır. Banan 2.20, kivi 2.50, armud 3.50 manat, nar 2-3 manat arasında, xaricdən gətirilən üzüm 4 manata, limonun 3-4 ədədi 1 manata, heyvanın kiloqramı 2 manata satılır. Qızıləhməd almasının kiloqramı isə 3.50 manatadır.
Mərcinin kiloqramı 3.50 manata, lobya növündən asılı olaraq 5-6 manat arasında, xaricdən gətirilən noxudun kiloqramı 6.50 manata, yerli noxud 5 manata, qarabaşaq 2.50 manata, yerli düyü 4-5 manata, xaricdən idxal olunanların qiyməti isə 2.50-3 manat arasındadır.
Ağartı məhsullarının qiymətində elə ciddi bir artım yoxdur. Pendir 5-6 manat arasında, şor 2.50 manata, qatıq 1 manata, süd 1 manata satılır. Kənd yumurtasının 1 ədədi 30 qəpikdir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə