Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyadan Bakıya gələn avtobus yolda dondu
Rusiyadan Bakıya gələn avtobus yolda dondu
01 Fevral 2017 / 12:42 / Baxış sayı: 800
Font1 Font2 Font3 Font4

Avtobusda olan 20 nəfər -15 dərəcədə ölümdən döndü

Rusiyadan Bakıya gələn avtobus dondu. İstiPress-in “İnterfaks”a istinadla verdiyi məlumata görə, hadisə fevralın 1-də bu gecə baş verib.

İçərisində sərnişinlər olan “Mercedes” markalı mikroavtobus Stavropol vilayəti ərazisində xarab olub.

Gecə saat 02 radələrində Soçi-Bakı marşrutu üzrə hərəkət edən avtobus Starodubski kəndində yanacağı donduğu üçün məcburi dayanmalı olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin baş idarəsindən verilən məlumata görə, avtobusda 20 nəfər olub ki, onlardan ikisi uşaqdır. “Hazırda onlar kəndin uşaq bağçasında yerləşdiriliblər. Sərnişinlər isti yeməklə təmin edilib və istirahət üçün şərait yaradılıb”. Avtobus isə təmirə göndərilib.

Qeyd edək ki, Stavropolda -15 dərəcə şaxta var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə