Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xəzərdə meyiti tapılan şəxs itkin düşən neftçi imiş – YENİLƏNİB
Xəzərdə meyiti tapılan şəxs itkin düşən neftçi imiş – YENİLƏNİB
01 Fevral 2017 / 18:44 / Baxış sayı: 2562
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında Neftçala rayon Mayaq 2 kəndi ərazisində dəniz sahilindən 2 meyit tapılıb. arxiv.bizimxeber.az-a verilən məlumata görə, hazırda meyitlər sudan çıxarılıb ekspertiza üçün Salyan şəhərinə aparılır. İlkin məlumatlara görə, meyitlər dənizdə batan nefçilər ola bilər. Hələlik dəqiq heç bir məlumat verilmir.

***12:18

Xəzər dənizinin Neftçala sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb.

 APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri – operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.

Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.

Qeyd edək ki, meyit bu gün səhər saatlarında Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə