Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

13 qəza – 3 ölü, 21 yaralı
13 qəza – 3 ölü, 21 yaralı
01 Fevral 2017 / 12:32 / Baxış sayı: 542
Font1 Font2 Font3 Font4

Ötən gün ölkə ərazisində 13 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə arxiv.bizimxeber.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, qəzalar zamanı 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb:“Ölümlə nəticələnən qəzalarının ikisi hazırki hava şəraiti ilə əlaqədar olub.

Qəzaların 3-ü , ölüm hadisəsinin 1-i, yaralanmanın isə 10-u Bakı şəhərində qeydə alınıb. Bakıdakı hava şəraiti ilə əlaqədar olan ölüm hadisəsi baş verən qəza dünən Qaradağ rayonu ərazisində Xocahəsən yolunda baş verib. Belə ki, minik maşını ilə yük maşını toqquşub. Hadisə zamanı 1 nəfər ölüb.

Beyləqan rayonu ərazisində isə sürüşmə nəticəsində avtomobil aşıb. Hadisə zamanı bir nəfər ölüb.

Ucar rayonunda isə bir piyadavurma hadisəsi baş verib”.

Kamran Əliyev qeyd edib ki, hazırda Bakı-Şamaxı-Yevlax, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Zaqatala-Balakən, Quba-Qusar yollarına və Ağsu aşırımına qar yağdığı üçün bu yollarda buzlaşma müşahidə edilir: “Buzlaşma olsa da, həmin yollarda nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət yaranmayıb. Yollar nəqliyyatın hərəkəti üçün tam açıqdır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə