Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda metro stansiyalarının girişləri iflic oldu
Bakıda metro stansiyalarının girişləri iflic oldu
01 Fevral 2017 / 12:33 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4

Havaların qarlı və şaxtalı olması nəticəsində bəzi metro stansiyalarının giriş-çıxışlarının qarla örtülməsinin qarşısını almaq məqsədilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) xüsusi qərargah yaradılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, “Bakı Metropoliteni” QSC-nin briqadaları həmin ərazilərə cəlb edilib: “Ərazilər qardan təmizlənir. Qar intensiv yağdığı üçün bəzən giriş-çıxışların qarlı olması mümkündür. Xüsusilə, Depodan çıxan və Depoya qayıdan qatarların hərəkətini tam təmin etmək üçün yollar təmizlənir. Həmin yollar yerüstü olduğundan bu yollara qar daha çox yağıb. Hazırda qərargah fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir”.

N.Paşayev bildirib ki, hazırda bütün stansiyaların giriş-çıxışları nəzarətə götürülüb və qar olan hissələr dərhal təmizlənir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə