Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dollara ağır zərbə
Dollara ağır zərbə
01 Fevral 2017 / 13:08 / Baxış sayı: 1120
Font1 Font2 Font3 Font4

Qlobal bazarların diqqəti ABŞ Mərkəzi Bankının (FES) iclasında veriləcək qərara yönəlib. Dünən FES-in Açıq Bazar Komitəsinin (FOMC) iclası başlayıb. Bankın qərarı bu gün Bakı vaxtı ilə saat 23.00-da açıqlanacaq.

Analitiklər FES-in faizləri artırmayacağı və 0,75%-də saxlayacağı gözləyirlər. Bununla belə birjalarda dolların bahalaşması müşahidə edilir. ABŞ Prezidenti Donald Tramp və komandasının üzvlərinin digər ölkələrin öz valyutalarını devalvasiya edərək üstünlük əldə etdikləri barədə açıqlamaları dünən dolların ucuzlaşmasına səbəb olmuşdu.
ABŞ dollarının 10 mühüm bazar valyutası qarşısındakı dəyərini göstərən “Bloomberg Dollar Spot İndeksi” noyabr ayının ortasından bəri görülən ən aşağı səviyyəyə düşüb. Çərşənbə günü 0.21 isə faiz qalxaraq 1236.96 bənd olub.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə