Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Trampa görə 5 yaşlı uşağın əlləri qandallandı
Trampa görə 5 yaşlı uşağın əlləri qandallandı
01 Fevral 2017 / 13:35 / Baxış sayı: 912
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Donald Trampın yanvarın 28-də 7 müsəlman ölkələrinnin vətəndaşlarının Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair imzaladığı fərman ölkədə etiraz dağlasına səbəb olub.

Ailəsiylə birlikdə ABŞ-a girişinə icazə verilməyən uşaq Vaşinqotnda Dulles hava limanında 5 saat əlləri qandallı şəkildə saxlanılıb. O, sərbəst buraxıldıqdan sonra gözüyaşlı anası tərəfindən sakitləşdirilib.

Hadisə görənləri çox təsirləndirib. Bu acı mənzərə bir çox telekanallar vasitəsilə yayımlandırılıb. Məsələyə Ağ Evin sözçüsü Şon Spayser də münasibət bildirib. O, soyuqqanlı şəkildə bunun adi prosedura olduğunu deyib.

“Yaş və cinsiyyətinə görə birinin təhlükə yaratmayacağını düşünmək yanlış fikirdir. Birinin sərhədlərimizi aşaraq bizə zərər verə biləcəyi zamanı bilmirik. Prezident ən qısa zamanda ölkəni qorumağı və təhlükəsiz vəziyyətə gətirməyi qarşısına mıəqsəd qoyub”, – deyə Şon Spayser bildirib.

Qeyd edək ki, Trampın bu tipli addımları isə dünyada birmənalı qarşılanmır. Siyasətçilər hesab edirlər ki, belə qəzaralar Trampın ABŞ-ı müdafiə sistemində saxlaması ilə əlaqədardır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə