Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Boz kardinal” nazirin torbasını şəxsən tikib
“Boz kardinal” nazirin torbasını şəxsən tikib
01 Fevral 2017 / 13:46 / Baxış sayı: 1110
Font1 Font2 Font3 Font4

Rusiyanın “Rosneft” şirkətinin rəhbəri, “boz cardinal” kimi tanınan İqor Seçin keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi əməliyyatında şəxsən iştirak edib.

Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” anonim mənbələrə istinadən bildirir. Məlumata görə nazir “Rosneft”dən tələb etdiyi 2 milyon dollar rüşvəti almaq üçün şirkətin ofisinə gedəndə Seçin özü də orada olub və pulun verilməsində iştirak edib. Nazir pul dolu diplomatla ofisi tərk etmək istəyən kimi FTX əməliyyatçıları onu tutublar.

Xatırladaq ki, Ulyukayev ötən ilin noyabrında həbs olunub. O, “Rosneft”in 19 faizlik səhm paketinin özəlləşdirilməsinə müsbət rəy verməyin əvəzində şirkətdən 2 milyon dollar rüşvət almaqda ittiham olunur.

“Rosneft” şirkətindən Seçinin Ulyukayevlə görüşdə iştirak etdiyinə dair informasiyanı şərh etməyiblər. Bununla belə “Rosbalt”ın mənbəsi bildirir ki, Seçin nazirə saat 18.00-də şirkətin ofisinə gəlməyi təklif edib. Ulyukayev təyin olunmuş vaxtda gəlib, ancaq Seçin dərhal onunla görüşməyib və bir qədər gözlədib.

Seçin Rusiyanın ikinci ən qüdrətli adamı hesab olunur, onun prezident Putinə birbaşa çıxışı və güclü təsir imkanları var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə