Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həmsədrlər Məmmədyarovla Nalbandyanın görüşməsini istəyirlər
Həmsədrlər Məmmədyarovla Nalbandyanın görüşməsini istəyirlər
01 Fevral 2017 / 14:04 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün təşkil olunması üzərində çalışır.

Bunu Trend-ə yeni təyin olunmuş amerikalı həmsədr Riçard Hoqland deyib.

O qeyd edib ki, hazırda digər həmsədrlərlə XİN rəhbərlərinin görüşü üçün optimal vaxtın seçilməsi məsələsi, eləcə də həmsədrlərin regiona növbəti səfərinin vaxtı müzakirə olunur.

Amerikalı diplomat vurğulayıb ki, Azərbaycana və Ermənistana səfər etmək imkanını səbirsizliklə gözləyir.

Daha öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan etmişdi ki, fevralın 17-19-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə