Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb
Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb
01 Fevral 2017 / 15:22 / Baxış sayı: 2138
Font1 Font2 Font3 Font4

Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb. “Report”un xəbərinə görə, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.

Belə ki, Surqut şəhərində “Kafe Rus” iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq (“sxodka”) olub. Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başında güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb. S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib. Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə