Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müdafiə Nazirliyindən əsir düşdüyü deyilən əsgərlə bağlı açıqlama (YENİLƏNİB)
Müdafiə Nazirliyindən əsir düşdüyü deyilən əsgərlə bağlı açıqlama (YENİLƏNİB)
02 Fevral 2017 / 10:14 / Baxış sayı: 746
Font1 Font2 Font3 Font4

Azərbaycan erməni tərəfinin iddialarına cavab verib

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin məlumatı yalandır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimxeebr.az-a verilən məlumata görə, cəbhədə heç bir aktiv döyüş toqquşması baş verməyib.

Elnur Hüseynzadə adlı şəxs isə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən təxris olunub və hazırda hərbi xidmətdə deyil.


00:11

Cəbhədə Azərbaycan və Ermənistan qoşunları arasında döyüş toqquşması baş verib.

arxiv.bizimxeber.az xəbər verir ki, Ermənistan KİV-in Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, baş verən döyüşdə 1 Azərbaycan əsgəri əsir düşüb.

Xəbərə görə, ötən gün 15:00 radələrində Talış kəndi yaxınlığında dumanlı hava şəraitində baş verən döyüş toqquşmasında əsir düşən Azərbycan əsgərinin adı Bərdə şəhərindən olan 1995-ci il təvəllüdlü Elnur Hüseynzadədir.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi məlumat yaymışdı ki, Ermənistan silahlı bölmələri fevralın 1-də avtomatik silahlardan və qumbaraatanlardan istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub. Bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.

Lakin Azərbaycan MN Ermənistan tərəfinin bir əsgərin əsir götürüldüyü iddiasını hələlik mövqe bildirməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə