Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda sürüşkən yolda zəncirvari qəza: 5 yaralı
Bakıda sürüşkən yolda zəncirvari qəza: 5 yaralı
02 Fevral 2017 / 10:36 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4

Bakıda zəncirvari yol qəzası baş verib. 

Lent.az xəbər verir ki, saat 06:50 radələrində Mikayıl Useynov küçəsində («Dalğa plaza»nın qarşısı) “Subaru”, “Nisan” və “Ford” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Subaru”da olan 1990-cı il təvəllüdlü   Rəhimov Rasim Şəmsəddin oğlu, “Nissan”da olan sürücü Elman Manafov, sərnişinlər 1975-ci il təvəllüdlü Əliyev İlham Seyidağa oğlu, 1988-ci il təvəllüdlü Həsənov Gündüz Abbas oğlu və 1987-ci il təvəllüdlü Əkbərov Mehman Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R.Rəhimov “City Hospital”a, digər yaralılar isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Zəncirvari qəzada iştirak edən “Ford” hadisə yerindən yayınıb.
Qeyd edək ki, qəzaya yolun sürüşkən olması səbəb olub. Araşdırma aparılır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə