Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Amerikalı politoloq Ermənistan hökumətini İŞİD-ə bərabər tutdu
Amerikalı politoloq Ermənistan hökumətini İŞİD-ə bərabər tutdu
02 Fevral 2017 / 11:22 / Baxış sayı: 490
Font1 Font2 Font3 Font4

“Ermənistan tarixən müharibə qaydalarına riayət etməyib, onların hökuməti isə insan hüquqlarını pozmağa davam edir”.

Bunu “Report”a açıqlamasında amerikalı politoloq Piter Teys Ermənistan tərəfinin düşmənin təxribatının qarşısını alan zaman şəhid olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun meyidinin geri qaytarılmasından imtina etməsi məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti demokratik islahatları tətbiq etməkdən yayınır, insan hüquqlarının müdafiəsi üzrə siyasəti gücləndirməkdən imtina edir.

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının hər qarışını tərk etməlidir. Tarixi mənbələrə və arxeoloji qazıntılara əsaslanaraq, Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın suveren ərazisi olduğunu əminliklə söyləmək olar. Beynəlxalq ictimaiyyət və təşkilatlar Ermənistanın Azərbaycanın şəhid olmuş əsgərinin meyidinin qaytarılmasından imtina etməsi ilə bağlı qəti mövqeyini bildirməlidir. Bu, beynəlxalq müharibə aparma qaydalarının pozulması deməkdir. Belə addımları İŞİD terror qruplaşmasının yaraqlıları edirlər”, – deyə P.Teys vurğulayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə