Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“ANS yenə də göstərir”-Mir Şahin
“ANS yenə də göstərir”-Mir Şahin
02 Fevral 2017 / 12:00 / Baxış sayı: 2016
Font1 Font2 Font3 Font4

Ötən il fəaliyyətinə xitam verilən ANS şirkətlər qrupunun vitse-prezidenti Mir Şahin Ağayev maraqlı açıqlama ilə çıxış edib.

arxiv.bizimxeber.az xəbər verir ki, jurnalist Facebook səhifəsində ANS-in bağlanması ilə bağlı müsbət fikirdə olanları tənqid edib və telekanalın yenidən fəaliyyətə başlayacağına dair mesaj verib: “ANS yenə də göstərir. Dostları və düşmənləri! Dostlardan danışmayacağam, amma nə qədər qarğa-quzğun var imiş, ilahi! Heç demə bizim gözlərimizmiş onları göyərçin gözündə görən.

Yəni ANS-i qaralayan bu bədbəxtlər doğrudan inanırlar ki, vəssalam?! Bitdi?! Ayy, ayy, ayy! Tələsmək lazım deyil. ANS elə dəyərdir ki, zaman keçdikcə müqəddəsləşəcək. Abu Lahab olmayın. Bəzən başa atılan çirkablar düşdüyü başı sonradan and yerinə çevirir. Başı batırmayın. Çünki sonra bu başı elə özünüz öpüb, gözünüzün üstdə qoyacaqsınız!” (Bakı Post)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə