Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məcburi köçkünlər Pirşağıda etiraz edir – FOTO
Məcburi köçkünlər Pirşağıda etiraz edir – FOTO
02 Fevral 2017 / 12:13 / Baxış sayı: 1076
Font1 Font2 Font3 Font4

Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyasının məcburi köçkünləri elektrik sayğacının quraşdırılmasına etiraz edir. Bu barədə qəsəbədə yaşayan məcburi köçkünlər Qaynarinfo.Az-a məlumat veriblər. 

Məlumatda bildirilir ki, 200-ə yaxın məcburi köçkün elektrik sayğaclarının quraşdırılmasına etiraz edir. Hazırda əraziyə polis cəlb olunub. Şuşa rayon icra başçısı Bayram Səfərov və Sabunçu rayon icra başçısı Adil Vəliyev də məcburi köçkünlərlə dialoq aparmaq üçün ərazidədir.

Qeyd edək ki, bundan öncə Yasamal rayonu Şərifzadə küçəsindəki Rabitə və Nəqliyyat kollecinin beş mərtəbəli iki yataqxanasında məskunlaşan məcburi köçkünlər və məcburi köçkün olmayan ailələr elektrik sayğaclarının quraşdırılmasına imkan verməyiblər.

Yanvarın 26-da saat 12-də “Azərişıq” ASC-nin mütəxəssisləri yataqxanalara gəliblər və evlərə sayğac quraşdırmaq istəyiblər. Yataqxana sakinləri işsizlikdən dolanışıqlarının ağır olduğunu işıq pulunu ödəmək imkanında olmadıqlarını əsas gətirərək sayğac quraşdırılmasına etiraz ediblər. Sakinlər ilə “Azərişıq” nümayəndələri və onlarla birlikdə gələn şəxslər arasında narazılıq yaranıb.

Yataqxana sakinləri Şərifzadə küçəsinə çıxaraq yolu bağlayıblar. Polis əraziyə gəlib danışıqlar apardıqdan sonra aksiyaçılar yolu açsa da, sayğac quraşdırılmasına imkan verməyiblər. Tələbləri bu olub ki, əvvəl onları işlə təmin etsinlər, sonra sayğac quraşdırılsın.

Xatırladaq ki, bu günlərdə dövlət başçısı sərəncam imzalayaraq məcburi köçkünlərə aylıq müavinət ayrılmasını nəzərdə tutub. Həmin sərəncama görə, hər məcburi köçkünə ayda 36 manat həcmində müavinət ayrılır və o, bu pulla bütün kommunal xərclərini ödəməlidir.

 arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə