Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlılarla kürdlər dalaşdılar – Ölən var
Azərbaycanlılarla kürdlər dalaşdılar – Ölən var
02 Fevral 2017 / 14:59 / Baxış sayı: 1142
Font1 Font2 Font3 Font4

Rusiyanın Surqut şəhərində azərbaycanlı və kürd qruplaşmaları arasında dava olub.

Yanvarın 31-də Surqutun “Rus” kafesi yaxınlığında baş verən dava zamanı əslən azərbaycanlı olan 44 yaşlı Rusiya vətəndaşı Rüzgar Əliyev öldürülüb.

Məlumata görə, insidentdən bir müddət əvvəl azərbaycanlılar İmran adlı kürd gənci döyüblər. Buna görə də “Rus” kafesi yaxınlığında tərəflər bir-birilə “görüş” təyin ediblər.

Məlumata görə, öldürülən Rüzgar Əliyev Surqut şəhərində ciddi avtoritetə malik şəxs olub. 2016-cı il martın 31-də o, idarə etdiyi “Lexus” markalı maşınla Sosnovaya küçəsi ilə hərəkət edən zaman onu saxlamaq istəyən OMON-çunu avtomobili ilə vurmuşdu. Faktla bağlı cinayət işi açılsa da, sonradan məhkəmə işə xitam vermişdi.

Ehtimal olunur ki, Rüzgar Əliyevin azadlığa çıxmasında həmyerlisi, Surqut şəhər polisinin mayoru Rövşən Çıraqov yardımçı olmuşdu.(modern.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə