Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xalq korrupsiyaya qarşı: 300 min adam küçələrə çıxdı
Xalq korrupsiyaya qarşı: 300 min adam küçələrə çıxdı
02 Fevral 2017 / 16:19 / Baxış sayı: 1678
Font1 Font2 Font3 Font4

Rumıniyada korrupsiyada ittiham olunmuş məmurların və biznesmenlərin aministiya ilə azadlığa buraxılmasına etiraz olaraq Çauşeuskunun devrilməsindən bu yana ən izdihamlı küçə etirazları başlayıb. 

Virtualaz.org xəbər verir ki, hökumətə etiraz olaraq küçələrə çıxanların sayı 300 min nəfərdən çoxdur, nümayişlər neçə gündür ki, fasiləsiz olaraq davam edir. Ötən gecə etirazçılarla polis arasında toqquşmalar olub. Nümayişçilər hökumətin istefasını tələb edir.

Etirazların başlamasına yanvarın ortalarında Sorina Qrindyanunun rəhbərlik etdiyi yeni hökumətin vəzifə səlahiyyətlərini aşan məmurlar üçün cinayət məsuliyyətinin ləğv edilməsi və indiyədək bir sıra ağır cinayətlərə görə həbs olunmuş şəxslərə aministiya elan olunması barədə qərarından sonra başlayıb.

Bu qərara görə dövlətə 44 min dollardan az zərər vurmuş korrupsionerlərə qarşı cinayət işi qaldırılmamalıdır.

“Reuters” bildirir ki, bu qərar bir çox rumın siyasətçilərinə cinayət məsuliyyətindən qaçmağa imkan verəcək. Onların arasında ötən ilin dekabrında seçkiləri udaraq hakimiyətə gəlmiş sosial-demokratlar partiyasının lideri, saxta məşğulluq barədə sənədlərlə dövlətə 24 min avro ziyan vurmuş Liviu Draqnya da var.

Habelə hökumətin parlamentə təqdim etdiyi aministiya layihəsinə görə 2.5 mindən çox məhbus, o cümlədən mənimsəmə cinayətlərinə yol vermiş şəxslər həbsxanalardan buraxılacaq. Baş nazir Qrindyanu bunu həbsxanaların həddən artıq dolu olması ilə əsaslandırıb. Maraqlıdır ki, aministiya təşəbbüsünü prezident Klaus Yohannis dəstəkləmir. O, özünün Facebook səhifəsində hökumətin hərəkətlərini “yolverilməz və ədalətə qarşı cinayət” adlandırıb.

Xəbərlərə görə hökumətə qarşı nümayişlər getdikcə genişlənir, paytaxtla yanaşı digər şəhərlərdə də izdihamlı nümayişlər keçirilir. Bu, diktator Çauşeuskunun devrilməsinə və güllələnməsinə gətirib çıxaran kütləvi xalq etirazlarını xatırladır. Ötən gecə nümayişçilər Buxarestdə hökumət iqamətgahı qarşısında toplaşıblar, binanı hücumla ələ keçirmək çağırışları səslənib.

Buna cavab olaraq polis kütləyə qarşı xüsusi vasitələr tətbiq edib və yüzlərlə fəalı saxlayıb. Etirazçıların əksəriyyəti gənclərdir. Avropa Komissiyası Rumıniya hökumətinin qərarını tənqid edərək bildirib ki, Brüssel ölkədə baş verənləri həyacanla izləyir. “Korrupsiyaya qarşı mübarizəni dayandırmaq yox, daha da sərtləşdirmək lazım idi”-Avropa Komissiyasının rəhbəri Jan -Klod Yunker bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə