Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“O məclislərdə mən də olmuşam” – Prezidentin Niyazi ilə bağlı xatirələri
“O məclislərdə mən də olmuşam” – Prezidentin Niyazi ilə bağlı xatirələri
02 Fevral 2017 / 17:05 / Baxış sayı: 760
Font1 Font2 Font3 Font4

“Niyazi böyük Üzeyir Hacıbəylinin layiqli davamçısı idi. Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoyub və bu gün onun davamçıları öz sənəti ilə bizi sevindirirlər”.

arxiv.bizimxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev görkəmli dirijor, SSRİ Xalq Artisti, maestro Niyazinin abidəsinin açılış mərasimində deyib. Ölkə başçısı bildirib ki, Niyazi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verib: “O, Sovet İttifaqında ən tanınmış və ən istedadlı dirijorlardan biri idi. Niyazi Azərbaycanı, Azərbaycan xalqını həm sovet məkanında, həm dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını nümayiş etdirirdi. Onun dirijorluq sənəti xalqımızın böyük dəyəridir və demək olar ki, Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin birinci dirijoru Niyazi olub.

Dünyada və sovet məkanında dirijor kimi tanınan Niyazi, eyni zamanda, gözəl bəstəkar idi, onun əsərləri bu gün də yaşayır. Onun əsərlərində Azərbaycan musiqi mədəniyyəti özünü büruzə verib”.

Prezident qeyd edib ki, Niyazinin çox böyük ictimai fəaliyyəti də olub: “O, bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib. Onun fəaliyyəti xalq, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. O, Sovet İttifaqının Xalq Artisti adına layiq görülüb. Sovet İttifaqının ən böyük mükafatı – Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzu ilə təltif edilib. Bu təltiflər və eyni zamanda, ona verilmiş beynəlxalq mükafatlar doğrudan da onu göstərir ki, Niyazi böyük şəxsiyyət, böyük sənətkar və Azərbaycan xalqının layiqli nümayəndəsi idi. Biz haqlı olaraq onun sağlığında da onunla fəxr edirdik, bu gün də fəxr edirik”.

İlham Əliyev Niyazi ilə bağlı öz xatirələrinin olduğunu deyib: “Mənim onunla bağlı öz xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə onu dostluq əlaqələri bağlayırdı. Heydər Əliyev həmişə Niyaziyə çox böyük diqqətlə, qayğı ilə yanaşırdı. Dəfələrlə Niyazi müəllim və Həcər xanım bizim evimizdə olublar. O məclislərdə mən də iştirak etmişdim və görürdüm ki, doğrudan da Niyazi çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki, onun çox gözəl xatirələri olyb, gözəl əhvalatlar bilirdi, çox zarafatcıl idi, onda çox böyük yumor hissi var idi. Doğrudan da o xatirələr bu gün də mənim yaddaşımda yaşayır, bu, unudulmaz günlər idi. İndi vaxt keçdikcə, əlbəttə, biz daha aydın şəkildə görürük ki, Niyazi dahi şəxsiyyət idi və yenə də deyirəm, o, xalqımızı ləyaqətlə təmsil edirdi”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə