Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bələdiyyə 70 hektar torpağı 9 min manata satıb” – Rəis müavini
“Bələdiyyə 70 hektar torpağı 9 min manata satıb” – Rəis müavini
02 Fevral 2017 / 17:03 / Baxış sayı: 1454
Font1 Font2 Font3 Font4

“Satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqların “su qiymətinə” xüsusi mülkiyyətə satılması halları ilə qarşılaşmışıq. Qusar rayonu Samur bələdiyyəsində 70 hektara yaxın torpağı 9 min manata satıblar. 1 hektarı təxminən 80 manata satılıb. Bu, özbaşınalıqdır”.

Bunu Ədliyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov deyib.

Rəis müavini bələdiyyələrdə kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə satılması halları ilə rastlaşdıqlarını bildirib: “Bu cür torpaqların satılması qanunla qadağandır. Belə torpaqlar yalnız sahibkarlıq məqsədi ilə icarəyə verilir”.

F.Məmmədov qeyd edib ki, torpaqların dağıdılmasında bəzən bələdiyyələrin deyil, ümumiyyətlə səlahiyyəti olmayan şəxslərin iştirak halları baş verir: “Qusar rayonu Samur bələdiyyəsində belə halların şahidi olduq. Belə ki, 30 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar həqiqiliyi şübhə doğuran sənədlər əsasında xüsusi mülkiyyətə keçirilib. Bu şəxslər möhürləri haradan alıb? Qərarları kimin adından veriblər? Bunlar araşdırılmalı məsələrdir. Prokurorluğa göndərilən materillar içərisində həmin qurumun fəaliyyəti ilə bağlı sənədlər də var”.

Rəis müavini vurğulayıb ki, ötən il ərzində 8359 hektar torpaq bələdiyyə qaytarılıb:“Onların böyük əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Hətta 205 hektar kənd təsərrüfatı təyinatlı torpaq qanunsuz olaraq xüsusi mülkiyyətə verilmişdi. Bu halların qarşısı alınıb. Bir sıra hallar üzrə məsələləri mübahisələndirmişik. Hazırda inzibati iqtisadi məhkəmələrdə 10-a yaxın iddiamıza baxılmaqdadır”.(azvision.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə