Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ledi Qaqaya 1 milyon dollar qonorar vermişdik” – Nazir
“Ledi Qaqaya 1 milyon dollar qonorar vermişdik” – Nazir
02 Fevral 2017 / 17:40 / Baxış sayı: 1218
Font1 Font2 Font3 Font4

Bu il “Formula 1” azarkeşlərini əyləndirmək üçün təşkil ounacaq konsert proqramında dünya səviyyəli ulduzlar çıxış edəcəklər.

arxiv.bizimxeber.az modern.az-a istinadən xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bildirib. O deyib ki, keçən il keçirilən “Formula 1” Azərbaycan Qran-Prisində həm təşkilatçılıq, həm də əyləncə elementləri reklam məqsədilə yüksək səviyyədə təşkil olunmuşdu:

“Bu il ola bilsin, əyləncə hissə keçənilki səviyyədə olmasın. Bəzi dünya səviyyəli ulduzla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”.

Xarici ulduzların qonararı barədə danışan nazir qeyd edib ki,rəqəmlər heç kəs üçün sirr deyil.

“Bu sahədə mütəxəssis olanlar bilir ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Bəziləri 3000 manat, bəziləri 30-50 min manat, bəziləri isə 300 min dollar və daha baha məbləğ qarşılığında çıxış edirlər. Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonarar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq, yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Bu il yeni avadanlıqlar alınmayacaq, ötənilki texniki avadanlıqlardan istifadə olunacaq. Buna da ümumilikdə daha az maliyyə xərclənəcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə