Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“BakuBus” MMC təzə avtobusları necə yararsız edir? – ŞOK FAKTLAR
“BakuBus” MMC təzə avtobusları necə yararsız edir? – ŞOK FAKTLAR
02 Fevral 2017 / 18:50 / Baxış sayı: 8516
Font1 Font2 Font3 Font4

“BakuBus” MMC…

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 Aprel 2014-cü il tarixli 92 saylı qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb.

Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması…

Olundumu? 2 il il zaman kəsiyində buna nail ola bildikmi? Bu suallara cavab axtarmağa tələsməyək və qurumun tabeliyindəki strukturlara və onların rəhbərlərinin iş prisiplərinə diqqət edək.

Ötən günlərdə “BakuBus” MMC-nin rəhbərliyində təmsil olunan şəxslərin fəaliyyətsizliyi və bu işin öhdəsindən gələ bilmədikləri ilə bağlı konkret faktlar göstərmişdik.

Təkcə biabırçı yenilikləri, hesabatlara diqqət çəkmək bəs edir ki, MMC-nin rəhbərliyin bu işdə naşı olması sübut olunsun.

Məsələn yazıda qeyd olunurdu ki, “Bakubus” MMC-nin direktoru Məlik Nəcəfov və onun müavini Azər Qasımov şirkəti özləri istədiyi kimi idarə edirlər. Şirkətin əksər yüksək postları tutan işçiləri isə Azər Qasımovun yaxın qohumlarıdır.orgunal motors

Bu günlərdə arxiv.bizimxeber.az-a daxil olan yeni məlumat olduqca ürəkağrıdandır.

Prezident İlhasm Əliyev Bakı şəhərində nəqliyyat infrastruktrunun yaxşılaşdırılması və problemlərin köklü həll edilməsi üçün “Bakubus” MMC yaratdı. Üstəlik bu MMC üçün milyon manatlar ayrıldı, yüksək səviyyəli xidmət təşkil olundu, bahalı avtobuslar gətirildi, hətta açılışa prezident özü getdi. Amma indi nə baş verir? “Bakubus” MMC-ni Azər Qasımov necə idarə edir? Dövlətin əmlakı bu MMC-də necə talanır?

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, “Bakubus” MMC-nin balansında 306 ədəd təzə avtobus var. Bu avtobuslar 450 min avroya alınıb və dünya standartlarına tam cavab verir. Bəs bu avtobusların neçəsi işlək vəziyyətdədir? Onların yararsız hala salanlar kimdir? Niyə belə edirlər?

Bu arada bir cümləlik kənara çıxaraq avtomobillərin sığortasından danışaq. Bu işi həyata keçirən sığorta şirkəti il ərzində milyonlar qazanır. Bu barədə gələn yazımızda…

Məlumatda qeyd olunur ki, “Bakubus” MMC  «TəmizPro» klininq və Original Motors şirkətləri ilə müqavilə şəklində işləyir. Yəni, “Təmiz PRO” avtomobillərin təmizliyi ilə yanaşı MMC-nin həyət və ofislərinin təmizlik işlərini həyata keçirir. Original Motors isə avtomobillərin təmiri ilə məşğul olur.

Amma olursa…

Belə ki, arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, “Təmiz PRO” klininq şirkəti “BakuBUS”MMC-də müavinlərdən biri olan Rauf Qarayevin qardaşına məxsusdur. Şirkətin hesabatlarında avtomobillərin təmizlənməsində xarici ölkələrdən alınan təmizləyici vasitələrdən istifadə yazılsa da əslıində elə deyil.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, avtomobillər olduqca keyfiyyətsiz məhsullarla təmizlənir, dərmanlanır. Həmçinin bu sürtkülər  bahalı avtomobillərin oturtacaqlarının tez bir zamanda sıradan çıxmasına gətirib çıxarır. Nəticədə isə milyonlar silinir. Bu barədə yaxın günlərdə konkret rəqəmlər təqdim edəcəyik.

Təəssüflər olsun ki, bu hələ hamısı deyil. Şirkətdəki mənbədən arxiv.bizimxeber.az-a daxil olan daha acınacaqlı məlumat isə avtomobillərin təmiri zamanı baş verir. 

“Original Motors” şirkətinin həyata keçirdiyi təmir işlərinə külli miqdarda pul silinir. Məsələn, şirkət avtomobillərin bir təkərini 60 manata açır, 60 manata da yerinə bağlayır. Bu rəsmi sənədlər üzərində belə hesablanır.

Yəni ki, “Original Motors” şirkəti ilə MMC-nin rəhbərliyi arasında daxili anlaşma belədir. Bu da hamısı deyil. Daha bir məlumata görə isə, təmir mərkəzinin arxasında təzə amma artıq istifadəyə yararsız vəziyyətə salınmış 10-larla avtobus gizlədilir. Bunun də doğal səbəbləri var. Belə ki, Original Motors şirkəti təmir zamanı yararsız ehtiyyat hissəsini çıxarıb yeni ilə əvəz etməlidir.

Yenisi isə alınmır. Əvəzində təzə avtomobilin ehtiyyat hissəsi çıxarılıb diğər avtobusun üstünə qoyulur. Beləliklə yeni avtobuslar yararsız hala salınır. Nəticədə isə yeni ehtiyyat hissəsi aldıq adı altında rəsmiləşdirilib pullar silinir.

Məılumata görə, təmir mərkəzinin arxasında 10-larla təzə avtomobil belə yararsız hala salınaraq gizlədilir. Yaxın günlərdə bu avtobusların nömrələrini təqdim edəcəyik.

Marşrut xəttləri neçə satılır? Bu işlə konkret olaraq kimlər məşguldur? Yaxın günlərdə oxuyun!

Ədil Hüseynli
arxiv.bizimxeber.az



“BakuBus” MMC təzə avtobusları necə yararsız edir? – ŞOK FAKTLAR yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə