Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTN generalı telefonlarını söndürüb məhkəməyə gəlmədi
MTN generalı telefonlarını söndürüb məhkəməyə gəlmədi
02 Fevral 2017 / 18:29 / Baxış sayı: 1168
Font1 Font2 Font3 Font4

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vüsal Ələkbərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı əvəz olunmasını istəyib.

Vəsatət təmin olunmayıb.

Proses zərərçəkmiş Nizami Kazımovun epizodu üzrə davam edib.

Məhkəməyə şahid qismində çağırılan general Mövlan Şıxaliyev isə məhkəmə gəlməyib. Bildirilib ki, onun telefonlarına zəng çatmır.

Bundan həmin epizod üzrə şahid dinləmələri keçirilib.

Proses fevralın 9-da davam edəcək.

Qeyd edək ki,  Vüsal Ələkbərov MTN-də İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi olub.  Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə