Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fərqimiz elə budur – Dəyən də bizik, ombası qırılan da…
Fərqimiz elə budur –  Dəyən də bizik, ombası qırılan da…
02 Fevral 2017 / 23:31 / Baxış sayı: 2270
Font1 Font2 Font3 Font4

Azərbaycanda müxtəlif ranqlı məmurların öz işçilərinə qarşı ağıılagəlməz əməlləri barədə dəfələrlə yazılıb. Gənc müdirlərin öz işçilərinə qarşı tərbiyəsizliyi, bank rəhbərlərinin xadimələrin adına 100 minlərin kredit rəsmiləşdirilməsi, köməkçilərin deputatlarını ürək parçalayan müdafiəsi, direktorların müəlliməni zorlamasını, sonra həmin müəllimənin daha böyük vəzifəyə təyinatını və sairə kimi halların şahidi oluruq. Belə demək mümkündüsə heç kim öz işi ilə məşgul deyil, kimsə kiminsə işini görür, sözünü deyir. 

Avropa ölkələrində isə vəziyyət çox fərqlidir, hər kəs öz işini görür, ohdəsinə düşəni edir.

Ötən gün “Azəravtoyol” ASC- nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyirdi ki, bütün yollara ciddi nəzarət olunur, duz da səpilir, lap elə qum da. O az qalırdı desin ki, ASC-nin direktoru əlində bel qar təmizləyir, qum səpir. Amma kimin nə deməsindən asılı olmayaraq Bakı yenə sürüşdü. Maşınlar da sürüşdü, adamlar da… Deməli, “Azəravtoyol” qışa hazır deyilmiş, yenə başımızı aldadırmışlar. Gələn il hazır olacağı da sual altındadır.

Bilirsiz niyə hazır deyil? Çünki, yenə heç kəs öz işini görmür.

Yadıma 2014-cü ildə yayılan şəkil düşdü. Xətai rayonundakı 9 saylı Uşaq Poliklinikasının Baş həkimi Aida Qurban qızı Hüseynzadə maşınını öz xanım işçilərinə yuduzdurmuşdu. Hələ açıqlamasında demişdi ki, işçilər maşını özləri yumaq istəyir. Aha deməli, Azərbaycanda işçilər müdirin maşınını, … yumaq istəyir. Yəni baş həkim maşınını nəinki özü yumur, heç Mahir demişkən “moyka”ya da vermir, işçiyə yudurdur.

Danimarkanın baş naziri Helle Thorning Schmidt’di isə evinin önündəki qarları özü təmizləyir. Bax elə fərqimiz də budur. Təbii ki, bu işçisinə maşın yudurdan baş həkimə görə ayıb deyil, narahatçılıq yaratmır. Qar zad boş şeydi.

Beləcə, yollarımızı nə özümüz təmizlədik, nə işçimizin əlinə bel verib təmizlətdirdik, nə də “Azəravtoyol” ASC təmizlədi. Sürüşdük… dəydik, ombamız qırıldı, qolumuz sındı. “Keçər” dedik, “eybi yox” dedik. Bu sözləri əzbərlədik, nəsildən nəsilə ötürdük. Nə biz düzəldik, nə də qar təmizləyən “Azəravtayol”ASC. Dəyən də biz ölduq, ombası qırılan da. Növbəti qara hazır olun! Bu il də olmasa gələn il mütləq başı qopan olacaq.

arxiv.bizimxeber.az
Ədil Hüseynli

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə