Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maliyyə çətinliyinə görə İslam Oyunlarına gələ bilməyən ölkələrə yardım edəcəyik – Azad Rəhimov
Maliyyə çətinliyinə görə İslam Oyunlarına gələ bilməyən ölkələrə yardım edəcəyik – Azad Rəhimov
02 Fevral 2017 / 23:40 / Baxış sayı: 974
Font1 Font2 Font3 Font4

AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazir qeyd edib ki, 57 İslam ölkəsindən idmançıların IV İsam Həmrəyliyi Oyunlarında iştirakını təmin etmək əsas vəzifəmizdir. Artıq əlli ölkədən təsdiq cavabı almışıq və onlar iştirak edəcəklər.

Qalan yeddi ölkənin bəzilərinin maliyyə məsələləri ilə bağlı müəyyən problemlər var. Çalışırıq ki, onlara da kömək edək və onları da oyunlara cəlb edək.

A.Rəhimov bildirib ki, hazırlıq prosesində növbəti addım nəqliyyat sistemi ilə bağlı işlərdir: “Bu, çox vacib bir sistemdir. Birinci Avropa Oyunlarında çoxlu avtobus sifariş olunmuşdu. Bu dəfə başqa yol axtarıb bunu həyata keçirməliyik. Bu yollar da tapılıb. Yəni, daha ucuz və əlverişli vasitə var. Əsas odur ki, idmançılar tam şəkildə razı qalsınlar, onlar yarış məkanlarına çatdırılsınlar”.

Nazir əlavə edib ki, bütün idman komplekslərində işlər gedir, çatışmayan avadanlıqlar sifariş olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə