Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda fəaliyyət göstərən şirkətin rəhbəri Trampdan ayrılır
Azərbaycanda fəaliyyət göstərən şirkətin rəhbəri Trampdan ayrılır
03 Fevral 2017 / 10:15 / Baxış sayı: 934
Font1 Font2 Font3 Font4

Azərbaycanda da xidmətlərindən geniş istifadə edilən dünyanın ən böyük onlayn taksi sifarişi xidməti “Uber”in rəhbərindən ABŞ-ın yeni prezidenti Donald Trampa gözlənilməz zərbə gəlib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, “Uber”in qurucusu Trampın iqtisadi şurasından ayrılmaq qərarına gəlib. 

Şəxsi maşın sahiblərinin mobil tədbiq sayəsində taksiçilik fəaliyyəti ilə məşğul olmasına imkan yaradan “Uber” adlı şirkətin qurucusu və idarə heyyətinin rəhbəri Travis Kalanick özü bu barədə açıqlama verib.
Kalanick “Uber” işçilərinə göndərdiyi məktubda Trampla bir araya gəldiyini, miqrant siyasəti haqqında danışdıqlarını bildirib, “strategiya və siyasət forumu” adlı müşavirə şurasından ayrılacağını qeyd edib.
Onun sözlərinə görə, ABŞ prezidentinin müsəlman ölkələri ilə bağlı imzaladığı sərəncamı insanları incidib. “ABŞ-ın miqrantları yaxşı qarşılayan bir ölkə olmadığı qorxusu böyüməkdədir”.
 Travis Kalanick
Travis Kalanick
Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına qoyduğu giriş məhdudiyyəti haqqında qərarı böyük etiraz dalğasına səbəb olub. “Uber”də bu etirazların hədəflərindən birinə çevrilmişdi.
Nyu Yorkun Con Kennedi hava limanı ərazisində ötən həftə Trampa qarşı keçirilən aksiyada “Nyu York taksi işçiləri birliyi” (NYTWA) etiraz əlaməti olaraq aeroportdan bir saat müştəri daşımayacaqlarını açıqlamışdı. Ancaq “Uber” “Twitter” hesabından eyni gün yaydığı açıqlamada hava limanında qiymətlərini dəyişmədən xidmət edəcəyini açıqlayıb.
Bu açıqlamadan sonra sosial mediada “uberisil” aksiyası başlayıb. Nəticədə minlərlə “Uber” istifadəçisi tətbiqi mobil telefonlarından sildiyini elan edib. Şirkət xidmətlərindən imtina edən istifadəçilərə email yolu ilə məktub göndərərək narahatlıqlarını anladıqlarını deyib, qadağadan təsirlənən sürücülərə dəstək olacağına dair söz vermişdi. ​Hətta bunun üçün 3 milyon dollarlıq fond da yaradıb.
Qeyd edək ki, “əmlak kralı” kimi tanınan milyarder Trampın “strategiya və siyasət forumu”nda “JPMorgan Chase”, “General Electric”, “Tesla”, “General Motors”, “Boeing”, IBM və “Walt Disney” kimi Amerikanın nəhəng qurumlarının rəhbərləri yer alıb. Şura üzvlərinin prezidentin siyasətinin iqtisadiyyata təsiri haqqında ona məsləhətlər verməlidirlər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə