Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həbsdəki məmurların bank hesabları – ŞOK BİLGİLƏR
Həbsdəki məmurların bank hesabları – ŞOK BİLGİLƏR
03 Fevral 2017 / 10:28 / Baxış sayı: 1056
Font1 Font2 Font3 Font4

Azərbaycandan hər il azı 5-6 milyard pul çıxarılıb və xaricdəki banklara yatırılıb; oğurlanmış vəsaitin ölkəyə qaytarılması niyə problemdir?

Azərbaycan məhkəmələrində generalların, idarə və müəssisə rəhbərlərinin işləri üzrə məhkəmə prosesləri keçirilir. Mətbuatda “MTN işi”, “Rabitə işi” adlanan proseslərdə hazırda həbsdə olan, 1 il əvvələ qədər böyük dövlət postları tutan, büdcə pullarına əlləri çatan vəzifəli şəxslərin az qala 100 milyonlarla ölçülən mal varlıqları haqda məlumatlar üzə çıxır, mülklərinin siyahısı sıralanır. Həmin siyahılara nəzər saldıqda öğurluqların miqyası heyrət doğurur.

Bəs hazırda arestant həyatı yaşayanların bank hesabları olmayıb?  Olubsa, niyə həmin hesablar haqda məlumatlar ictimailəşmir? Məgər talanan büdcə pullarına yalnız hektarlarla torpaq sahəsi alınıb, mülk, imarətlər inşa olunub?

Mərkəzi Bankda ümumi qanunvericilik şöbəsinin rəisi, “Bank of Baku” ASC-də Hüquq departamentinin direktoru, “Bank VTB (Azərbaycan)” ASC-də İdarə Heyəti sədrinin müavini olmuş hüquqşünas Əkrəm Həsənov deyir ki, bu adamların bank hesabları şübhəsiz ki, var: “Rəsmi məlumatlarda onların bank hesablarına həbs qoyulması haqda məlumat yoxdursa, bu  o demək deyil ki, tutulan məmurların bank hesablarının üzərinə həbs qoyulmayıb. Yəni hesablara həbs qoyulub. Sadəcə, bu haqda ona görə məlumat verilmir ki, belə məlumatların verilməsi ”bank sirri” hesab edilir”.

Ə.Həsənov deyir ki, əgər məhkəmənin tutulan məmurlar barəsində ittihamedici hökmü olacaqsa, hökmdə bank hesablarında olan pulların da müsadirəsi haqda bənd olacaq: “Belə məlumatların hazırda yayılması həbsə alınan məmurun təqsirsizlik prezumpsiyası hüququna ziddir”.

Ə.Həsənov deyir ki, əmlaklarla bağlı məlumatların ictimailəşməsi heç bir halda sirr hesab edilə bilməz: “Bank hesabı haqda məlumatların yayılması qanunaziddir, bank sirrinin yayılmasıdır”.

“Həbsə alınan məmurun bank hesabında 3-5 milyon manat pulunun olması haqda bilginin ictimailəşməsi niyə bank sirrinin yayılması hesab olunur” sualına Ə.Həsənovun cavabı belə oldu: “Ümumi prinsipdir ki, bankda olan vəsait haqda məlumat 3-cü şəxslərə verilməməlidir. Bankda olan vəsait haqda məlumatı bank və hesab sahibi bilir. Qanunla bankın üzərinə öhdəlik qoyulub ki, hesab haqda məlumatı yalnız sahibinə verə bilər. Bundan başqa, dövlət orqanlarının sorğusu əsasında da belə məlumatlar verilə bilər. Bu halda da dövlət orqanlarının işçilərinin üzərində bank sirrini yaymamaq haqda öhdəlik qoyulur. Yəqin ki, ittiham aktlarında belə məlumatlar var. Sübut olunsa ki, həmin hesablardakı pullar dövlət büdcəsinin talanması hesabına əldə olunub, əlbəttə ki, bu haqda məlumat ictimailəşəcək. Həmin pullar dövlətin nəfinə müsadirə olunacaq”.

Hazırda həbsdə olan məmurların xarici banklardakı hesablarına Azərbaycanın hüquq-mühafizə orqanları həbs qoyub sonradan müsadirəsinə nail ola bilərlərmi?

Ə.Həsənov: “Azərbaycanın hüquq-mühafizə orqanları yalnız ölkə daxilində olan banklardakı hesablara həbs qoya bilirlər. Xarici banklardakı hesablara həbs qoyulması, prinsipcə, mümkündür. Amma Azərbaycanın məhkəmə-hüquq sistemi xaricdə yumşaq desək, güvənilən hesab olunmur. Tutaq ki, Azərbaycan məhkəməsi hazırda həbsdə olan məmurun Almaniya bankında olan hesabındakı vəsaitin  müsadirə olunması haqda qərar verib. Almaniya bankı Azərbaycan məhkəməsinin qərarını sadəcə icra etməyəcək. Səbəb ölkədəki məhkəmə sisteminə etibar etməməlidir”.

Ə.Həsənov deyir ki, son 15 ildə Azərbaycana 141 milyard manat neft pulu gəlib. Rəsmi məlumata görə, bu pulun 35 milyard manata yaxın hissəsi əsas funksiyası neft gəlirlərini gələcək nəsillərə saxlamalı olan Neft Fondunda qalır. Qalan 106 milyard manat artıq yoxdur: “Ölkədəki durum elədir ki, məmurlar neft pulları hesabına formalaşan büdcədən ən müxtəlif məqsədlər üçün ayrılan vəsaitlərin böyük hissəni mənimsəyiblər. Hazırda ”MTN işi” “Rabitə işi”ndə üzə çıxan faktlar da söylədiklərimi təsdiqləyir. 1 manata olan malı 100 manata rəsmiləşdirib 99 manatı ciblərinə qoyublar. Aldıqları mal-mülkün bunca çox olmasının səbəbi budur. Bu adamların maaşları 2000 min manat olsaydı belə, bu qədər əmlak ala bilməzdilər. Həbs edilənlərin xaricdəki banklarda heç şübhəsiz ki, hesabları var. Sadəcə, Azərbaycan hazırkı məhkəmə-hüquq sistemi ilə ölkədən çıxarılan on milyardlarla vəsaiti geri qaytara bilməz”.

“Bunun üçün hansı addımlar atılmalıdır” sualına gəlincə, Ə.Həsənov  dedi ki, offşorlara yatırılan pulların geri alınması demək olar ki, mümkünsüzdür: “Hesablamalarımıza görə, ötən 15 ildə Azərbaycandan hər il azı 5-6 milyard pul çıxarılıb və xaricdəki banklara yatırılıb. Böhrandan əvvəlki 2-3 il ərzində isə Azərbaycandan hər il azı 10 milyard pul çıxarılıb.  Bu gün Azərbaycan banklarından kredit şəklində götürülən böyük məbləğlər də xarici banklardadır. Ona görə də ölkədən oğurlanan pulların qaytarılması üçün Sinqapur üsul-idarəsinə keçmək, məhkəmə sisteminin ədalət prinsiplərinə riayət etməsini təmin etmək gərəkdir. Ötən əsrin 60-cı illərinə qədər Sinqapurda kölgə iqtisadiyyatı, rüşvət və korrupsiya baxımından vəziyyət hazırda Azərbaycanda olandan da pis olub. Amma bu gün Sinqapur dünyanın ən şəffaf iqtisadiyyatına malikdir, ən ədalətli məhkəmə sisteminə malikdir. Amma ölkədə faktiki avtoritar rejim hökm sürür. Sinqapur dövlətinin məhkəmələrinin çıxardığı qərarları bu gün xarici dövlətlərin, Qərb dövlətlərinin əksəriyyətində tanıyırlar. Azərbaycanda isə bunlar yoxdur və deməli, ölkədən çıxarılan pulların geri qaytarılacağına da ümid olmamalıdır. Azərbaycan Sinqapur modelinə keçsə, illər sonra büdcədən oğurlanan milyardlarla vəsatin geri qaytarılması şansını qazana bilər”. \ musavat.com\

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə