Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-da Trampın impiçmenti hazırlanır
ABŞ-da Trampın impiçmenti hazırlanır
03 Fevral 2017 / 11:24 / Baxış sayı: 878
Font1 Font2 Font3 Font4
ABŞ-da seçicilərin 40 faizi Donald Trampın impiçmentini istəyir. Bu barədə “RİA-Novosti” “Public Policy Polling” (PPP) şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.
Respondentlərin 48 faizi onun vəzifəsindən kənarlaşdırılmasının əleyhinə səs verib, 12 faizi isə bitərəf qalıb.
Ötən həftə keçirilən analoji sorğuda seçicilərin 35 faizi Trampın əleyhinə olub. Sorğunun nəticələrinə əsasən, seçicilərin 52 faizi Barak Obamanı prezident görmək arzusundadır, 43 faiz isə Donald Trapmın prezidentliyini qəbul edir.
Amerikalıların Trampın miqrasiya barədə fərmanına münasibəti birmənalı deyil. Respondentlərin 47 faizi fərmanı dəstəkləsə də, 49 faizi əleyhinə olub.
Qeyd edək ki, ABŞ prezidentinə ancaq Konqresin yuxarı palatası, Senat üzvlərinin üçdə ikisinin səs verdiyi təqdirdə impiçment – yəni, səlahiyyətlərin icrasından uzaqlaşdırılma elan oluna bilər. ABŞ tarixində iki prezident impiçment prosedurasından keçib. 1868-ci ildə Endrü Conson və 1998-99-cu illərdə Bİl Klintonla bağlı səsvermədə impiçment tərəfdarları lazımi səsi toplaya bilməyiblər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə