Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mobil telefonla qan analizi aparılacaq
Mobil telefonla qan analizi aparılacaq
05 Fevral 2017 / 12:01 / Baxış sayı: 530
Font1 Font2 Font3 Font4

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun (İYTİ) kimya bölməsinin əməkdaşları mobil telefonla qanın analizini həyata keçirmək niyyətindədirlər.

arxiv.bizimxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə xəstədən alınan qan xüsusi kağız üzərinə hopdurulur. Kağızın tərkibindəki maddələr qanla reaksiyaya girdikdən sonra telefonla fotosu çəkilir. Daha sonra telefona yüklənmiş müvafiq mobil tətbiqetmə ilə qanın analizinin nəticələri əldə edilir.

İYTİ-nin əməkdaşı Ümid Hakan Yıldızın sözlərinə görə, layihəni həyata keçirməkdə əsas məqsəd qan analizinin ucuz qiymətə başa gəlməsinə və onun nəticələrinin qısa müddətdə əldə edilməsinə nail olmaqdır. Bu üsulla, hətta qanda Hepatit B və Hepatit C viruslarını da müəyyən etmək mümkün olacaq.

Biizmxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə