Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Günəş enerjisi ilə işləyən qulaqcıq təqdim olunub
Günəş enerjisi ilə işləyən qulaqcıq təqdim olunub
05 Fevral 2017 / 14:09 / Baxış sayı: 614
Font1 Font2 Font3 Font4

“Bluetooth” simsiz rabitə funksiyası ilə təchiz edilən qulaqcıqlar avtonomluq istisna olmaqla simli modellərdən bir sıra üstünlüklərə malikdirlər. Oxşar aksesuarları orta hesabla gündə bir dəfə enerji ilə doldurmaq lazım gəlir. “Sola” startapı bu problemi həll etmək qərarına gələrək eyniadlı qarnitura enerji toplamaq üçün kiçik günəş paneli əlavə edib.

arxiv.bizimxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, başın arxa hissəsindən taxılan “Sola” qurğusu simsiz qulaqcıqlar üçün adi formada düzəldilib. Layihə müəlliflərinin sözlərinə görə, günəş enerjisi ilə qulaqcığın avtonom iş rejimi 25-30 faiz artır.

Qulaqcığın günəş enerjisi ilə inteqrasiya edilməsinə baxmayaraq çəkisi 57 qram təşkil edir. Qurğuda mikrofon, 200 milliamper/saat tutumlu akkumulyator, USB vasitəsilə enerji toplamaq üçün çıxış, eləcə də küyü azaltma funksiyası quraşdırılıb.

Hazırda “Indiegogo” saytında qurğunun istehsalı üçün vəsait toplanır və artıq gözlənilən 30 min dolların üçdə bir hissəsi yığılıb. İlk əmanətçilər üçün qiyməti 29 dollar olacaq qulaqcığın tədarüklərinə iyulda başlamaq planlaşdırılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə