Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda dəhşət: İti güllələyərkən özünü öldürdü – TƏFƏRRÜAT
Azərbaycanda dəhşət: İti güllələyərkən özünü öldürdü – TƏFƏRRÜAT
03 Fevral 2017 / 13:05 / Baxış sayı: 860
Font1 Font2 Font3 Font4

Ağdam rayonunda dəhşətli hadisə baş verib. 

Dünən gecə saatlarında Xındırıstan kəndində 1972-ci il təvəllüdlü İsmayılov Tofiq Kamal oğlu kustar üsulla düzəltdiyi silahla atəş açarkən özünə xəsarət yetirib. O, hadisə yerindəcə vəfat edib.

Bildirilir ki, 45 yaşlı T. İsmayılov dünən axşam saatlarında yaşadığı evin həyətinə it girdiyini görüb. O, həyətə düşərək özünün kustar üsulla hazırladığı və tüfəngə bənzəyən silahla iti vurmaq istəyib. Bu zaman silahın çaxmağı çıxaraq onun sağ gözünü parçalayıb. Baş beynindən ağır xəsarət alan T.İsmayılov hadisə yerindəcə ölüb.

Ailə üzvləri bildiriblər ki, T.İsmayılov həyətə düşəndən bir qədər sonra partlayış səsi eşidiblər. Onlar həyətə düşüb Tofiqi axtarıblar və təxminən 2 saat sonra onun meyitini tapıblar.(Lent.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə