Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəranskinin dəstəsinin üzvləri həbsdən buraxıldı – RUSİYADA
Lənkəranskinin dəstəsinin üzvləri həbsdən buraxıldı – RUSİYADA
03 Fevral 2017 / 13:11 / Baxış sayı: 2242
Font1 Font2 Font3 Font4

Rusiyanın Nijni Taqil şəhər məhkəməsində Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilən azərbaycanlı dəstə üzvləri barədə qərar qəbul edilib.

Dəstənin 4 əsas üzvü haqqında seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib. Məhkəmə  Xıdır Q., İlkin A., Orxan M. və  Telman V.ni ev dustaqlığına məhkum edib.

Digər dəstə üzvləri isə sərbəst buraxılıb. 30 nəfərdən ibarət dəstə üzvləri keçən il avqustun 4-də həbs ediliblər. Onlar şəhərin mərkəzindəki restoranların birində “sxodka” zamanı saxlanılıblar. Dəstə üzvlərinə qarşı əməliyyatda təkcə polislər yox, yerli OMON da iştirak edib.

Məlumata görə, dəstə üzvləri yerli iş adamlarına haqq qoyaraq onlardan mütəmadi və özü də külli miqdarda pul alırmışlar. Hədə-qorxunu zamanı isə qanuni oğru Rövşən Lənkəranskinin adından istifadə edirmişlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə