Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Rafiq Masallinski”nin döyülməsi görüntüləri – VİDEO (18+)
“Rafiq Masallinski”nin döyülməsi görüntüləri – VİDEO (18+)
03 Fevral 2017 / 13:43 / Baxış sayı: 4214
Font1 Font2 Font3 Font4

Şəbəkədə postsovet məkanında “Lotu Quli” kimi tanınan Nadir Səlifovun adamlarının keçən ilin sonunda Türkiyədə Rafiq Eyvazovu (Masallinski) döymələri kadrları yayılıb, videodan da göründüyü kimi, “Rafiq Masallinskini” yalnız döymürlər, həmçinin qulağını kəsirlər. Criminal.az saytı xəbər verir ki, ilkin məlumata görə, Eyvazovun Səlifovun adamları tərəfindən döyülməsi pul üstündə baş verdiyi ehtimal edilir.

Sputnik-Azərbaycan-nın yaydığı məlumata görə, söhbət 200 min dollardan gedir. Eyvazov daha öncə Bakının 8 saylı islah təcridxanasında cəza çəkən Səlifovun qruplaşmasında olub, münaqişədən sonra qruplaşmadan çıxmaq istədiyini bildirib. Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul aeroportunda qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, yanında türk dostu da olub. Restoranın çıxışında cinayətkarlar Eyvazovu silahla hədələyərək tanışı ilə bərabər adam olmayan yerə aparıblar. Orada hər ikisini vəhşicəsinə döyən cinayətkarlar hadisə yerindən qaçıblar. Baş verən hadisədən sonra Masallinski bir neçə gün xəstəxanada qalıb.

Məlumata görə, o, intiqam alacağını vəd edib. Xatırladaq ki, Nərimanov rayonunda yanvar ayının 9-na keçən gecə Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları arasında atışma baş verib. Daha dəqiq desək, Masallinski “müharibə” elan edib, bu yolla o, intiqam almaq istəyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə