Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentin vəzifə verdiyi Ramin Babayev hansı məşhurun oğludu? – DOSYE
Prezidentin vəzifə verdiyi Ramin Babayev hansı məşhurun oğludu? – DOSYE
03 Fevral 2017 / 13:56 / Baxış sayı: 1250
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin edib. Dövlət başçısının sərəncamı ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev komitə sədrinin müavinləri təyin olunub.

Qaynarinfo.Az xəbər verir ki, Ramin Babayev Azərbaycanın Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın oğludur.
O, Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Ağayevin kürəkənidir. Arif Ağayev 2007-ci il mayın 16-da Qırğızıstan Respublikasına səfir göndərilmişdi. 2012-ci ilin iyulunda səhhətindəki problemlərlə əlaqədar səfir postundan geri çağırılıb. Səfir işləməzdən öncə isə o, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı postunu tutmuşdu.
Zeynəb Xanlarovanın oğlu 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbail rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb.
2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib. 2012-ci il 14 noyabr tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə