Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SIM-kartların satışında – YENİ QAYDALAR
SIM-kartların satışında – YENİ QAYDALAR
03 Fevral 2017 / 21:45 / Baxış sayı: 1082
Font1 Font2 Font3 Font4

Azərbaycanda SIM-kart satışlarının yeni qaydalarının tətbiq olunması vətəndaşların onlayn rejimdə eyniləşdirilməsini təmin edib.

arxiv.bizimxeber.az xəbər verir ki, bunu Trendə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Hökumətin qərarına əsasən, bu ilin fevralın 1-dən SIM-kartların satışı və onların qeydiyyata alınması bütün operatorlar üçün vahid qaydada və mərkəzləşdirilmiş sistemdə həyata keçirilir.

Bundan sonra SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm mobil operatorların, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil edilir.

Bu, satışları sistemləşdirməyə və bu sahədəki mövcud çatışmazlıqları aradan qaldırmağa imkan verir. Çatışmazlıqlar operatorların abunəçi bazasının fərdi eyniləşdirmə nömrələrinə uyğun olaraq unifikasiyası yolu ilə aradan qaldırılıb.

Bundan başqa, mobil operatorların abunəçiləri üçün müxtəlif dövlət strukturlarından bildirişlər alınması kimi xidmətlərin işə salınması nəzərdə tutulur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə