Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Əzizov kimə xəbərdarlıq edir? İfşa yoxsa bumeranq…
Eldar Əzizov kimə xəbərdarlıq edir? İfşa yoxsa bumeranq…
03 Fevral 2017 / 15:39 / Baxış sayı: 7914
Font1 Font2 Font3 Font4

Bu gün ölkə mətbuatında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun nəzarətindəki məmurlara guya xəbərdarlıq etməsi ilə bağlı məlumatlar yayılıb. Eldar Əzizov bu il yanvar ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət orqanlarının ünvanına səsləndirdiyi irad və tənqidlər, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin ölkədə Korrupsiya hallarınıa qarşısının alınması və buna qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı məktubunun icrası və bu istiqamətdə yol verilmiş neqativ halların aradan qaldırılması məsələləri Səbail Rayon İcra Hakimiyyətində geniş tərkibli müşavirə keçirib.

Rayondakı nəzarətsiz vəziyyətdən bərk narahat olan yoldaş Əzizov bildirib ki, son vaxtlarda rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalmaqdadır.

Təyin olunduğu gündən bələdiyyə sədri ilə düz gəlməyən Əzizov yenə yerli bələdiyyə qurumlarını tənqid edib, onlara “təmiz əllərlə işləmək lazımdır” kimi tövsiyyələr verib.

Əslində bu müşavirədə icra başçısının səslındirdiyi fikirlərlə razılaşmaq olar. Doğrudan da, Asif Əsgərovun Səbaildən Nəsimi rayonuna təyinatıyla Səbaeldə vəziyyət qismən çətinləşdi. Bu barədə biz ötən yazılarımızda da qeyd edərək təəssüf hissi ilə bildimişdik ki, Səbail Asif Əsgərovun zamanında daha ciddi nəzarətdə idi. Görünür, Eldar Əzizov və rayondakı adamları Səbaili idarə etməkdə müəyyən çətinlik çəkir. Bu gün, bu deyilənləri Eldar Əzizov özü dolayısı ilə təsdiq edib.

Diqqət edin! İcra başçısı deyir ki, son vaxtlarda rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalmaqdadır.

Maraqlı açıqlamadır, bu saxta sənədləri kim verir? Bu sənədlərə sərəncamları kim imzalayır? Bələdiyyə sədri ilə icra başçısı nədən yola getmir? 

İcra başçısı deyib ki, bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi halları baş verir.? Yəni, bələdiyyə torpaqları dövlət torpaqlarına qarışıb? Mübahisəli ərazilər var? İcra başççısı bələdiyyə torpaqlarına, bələdiyyə də dövlət torpaqlarına əl qoymaq istəyir?

Odur ki, icra başçısı zəbt deyir? Auksionla satılan bələdiyyə torpaqlarının sənədləri saxtadırsa, icra başçısının verdiyi sərəncamlar saxta deyil?

İcra başçısı deyib ki, qanunsuz tikintilər aparılması halları qalmaqdadır. Əcəba, nədən qalmaqdadır? İcra başçısının bir sərəncamı o tikililərin sökülməsi üçün yetərli deyilmi? Onu deməkdənsə icra etmək lazımdır.

Bir sözlə, Səbail daha əvvəlki deyil. İcra başçısı demişkən, “son vaxtlar korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, yenə ciddi problemlər var” Bax belə, demək ki, idarəetmədə naşılıq var. Bu bumeranqdır. Atsan mütləq qayıdacaq , yoldaş Əziziov…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə