Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pakistan Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdi
Pakistan Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdi
03 Fevral 2017 / 19:49 / Baxış sayı: 1284
Font1 Font2 Font3 Font4

Paksistan Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komitəsi Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Modern.az xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyinin məlumatına görə, 2017-ci il fevralın 2-də Milli Assambleyasının xarici əlaqər üzrə daimi komitəsi 32-ci iclasında Azərbaycan hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirərək qətnamə qəbul edib.

Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pislənilir.

Xarici əlaqələr üzrə daimi komitə bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində təsdiqləyir.

Komitə həmçinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmasını tələb edir və beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarların icrasına vadar etməyə çağırır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə