Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Reina” terrorçusunun həbsdə olan xanımı nə istədi?
“Reina” terrorçusunun həbsdə olan xanımı nə istədi?
04 Fevral 2017 / 10:02 / Baxış sayı: 664
Font1 Font2 Font3 Font4

İstanbulun “Reina” klubunda 39 nəfəri qətlə yetirən terrorçu Abdulqadir Maşaripovun xanımı Zərinə Nurullayeva da həbs edilib.

Milli.Az “Hürriyet”ə istinadla bildirir ki, o, yaş yarımlıq qızı ilə birlikdə həbsxanaya göndərilib.

Zərinə Abdullayeva məhkəmədə ifadəsində deyib:

“Mənim haqqımda səsləndirilən fikirlərin çoxu yalandır. 20 gündür qaldığım evdə İŞİD ilə bağlı mövzü açılmayıb və onların da İŞİD üzvü olduğundan xəbərim yox idi. 1 ildir ki, Türkiyəyə gəlmişəm. Türkiyəyə Abdulqadir ilə birlikdə İrandan qanunsuz yollarla keçib gəlmişik.

Ərim hadisədən 3 gün əvvəl evdən çıxdı, sonra bu hadisələr baş verdi. Onun başı bütün günü kompüterə qarışmışdı.

Hadisədən sonra məni qaldığımız evdən başqa yerə apardılar. Ərimin dostuna bu barədə sual verəndə “Az danış” deyə sərt cavab verdi.

Bizi tutmazdan öncə iki nəfər gəlib uşağımın əynini geyindirməyimi istədi, İrana aparacaqlarını bildirdi və dedilər ki, Abduqladirin bundan xəbəri var.

Oğlumu tapmağıma yardım edin. Mənim bu hadisələrlə əlaqəm yoxdur. Sərbəst qalmağımı tələb edirəm. Ərim də məni tərk etdi, getdi. İki uşaqla ortada qaldım”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə