Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp 15 günə ABŞ-a bu qədər qazanc gətirdi
Tramp 15 günə ABŞ-a bu qədər qazanc gətirdi
04 Fevral 2017 / 10:17 / Baxış sayı: 584
Font1 Font2 Font3 Font4

ABŞ-ın 45-ci prezidenti Donald Trampın hakimiyyətə başladığı gündən bəri Amerika iqtisadiyyatında 227 min dollardan çox qazanc əldə olunub.

Bu barədə ABŞ-ın Maliyyə və Turizim Nazirliyindən bildirilib.
Qeyd olunur ki, Trampın yeni qərarlarından sonra Amerikada çoxsaylı iş yerləri də açılıb. Trampın yeni sərəncamlarından sonra ABŞ-da 175 mindən çox iş yeri açılıb. Yeni rəhbər isə bildirmişdi ki, qısa zaman ərzində Amerikada 25 milyondan çox yeni iş yerləri açacaq.
Qeyd edək ki, hakimiyyətinin ilk günündə Donald Tramp ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair fərman imzalayıb. Donald Tramp TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.
Trampın ilk tələblərindən biri də, Amerikanın avtomobil istehsal edən zavodlarının xarici ölkələrdən yığışdırılması oldu. D.Tramp öz twitter hesabında etdiyi paylaşımda ABŞ-ın ən böyük avtomobil konserni General Motors-un Meksikadakı fəaliyyətinə görə tənqid etmişdi.
“Ya Amerikada istehsal et, ya da, daha çox gömrük rüsumu ver!” deyə tələbini bu şəkildə ifadə etmişdi.
Bu çağırışdan sonra ilk reaksiya “General Motors” şirkətindən gəldi. ABŞ-ın ikinci ən böyük avtomobil istehsalçısı Ford-un Meksikaya yatırılması planlaşdırılan 1.6 milyard dollarlıq investisiyadan imtina ediləcəyini açıqlandı.
D.Tramp isə mövqeyini belə açıqlayıb:
“Biz ABŞ-da müxtəlif istehsalat sahələrində zavodlar tikəcəyik. Bu həm də, işsiz amerikalıların işlə təmin edilməsi üçün yeni şansdır. Amerikada digər ölkələrə nisbətən vergi daha ucuzdur. Bizim bir məqsədimiz var. Amerika iqtisadiyyatını inkişaf etdirmək və işsizliyi aradan qaldırmaq”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə