Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp Azərbaycana da məhdudiyyət qoydu? – FOTO
Tramp Azərbaycana da məhdudiyyət qoydu? – FOTO
04 Fevral 2017 / 10:37 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Donald Trampın miqrantların, qaçqınların, habelə bir sıra ölkələrin vətəndaşlarının girişinə qadağa qoyulması barədə fərmanına müvafiq olaraq ölkənin hakimiyyət dairələri indiyədək verilmiş 100 min vizanı ləğv ediblər.

Ötən həftə imzalanmış fərmana müvafiq olaraq Suriyadan olan qaçqınların qeyri-müəyyən müddətə yerləşdirilməsi yasaqlanıb, habelə İraq, İran, Sudan, Yəmən, Liviya və Somalidən olan şəxslərə ABŞ-a giriş qadağan olunub.

Ləğv edilmiş vizaların dəqiq sayı dünən, Yəməndən olan Tariq və Əmmar Əziz qardaşlarının işi ilə bağlı məhkəmə prosesində bəlli olub.

Milli.Az The Washington Post-a istinadən bildirir ki, onlar ABŞ-ın paytaxtı Vaşinqtondan 42 kilometr aralıda, Virciniya ştatında yerləşən Dalles şəhərinin hava limanında ötən həftənin şənbə günü saxlanmışdılar.

Ləğv edilmiş 100 min viza barədə məhkəmə prosesində Əziz qardaşlarının vəkilləri danışıblar. Tariq və Əmmar yanvarın 28-də ABŞ-a yollanıblar. Onların immiqrasiya vizaları olsa da, qardaşları Efiopiyaya uçan təyyarəyə oturdaraq ABŞ-dan deportasiya ediblər.

Az qala hamı Trampa qarşı

Donald Trampın fərmanı ABŞ-da qəzəblə qarşılanıb. Nyu-York, Massaçusets və Vaşinqton ştatlarının baş prokurorları bu miqrasiya fərmanına qarşı məhkəməyə təqdim olunmuş şikayət iddiasına qatılıblar.

Fərman ABŞ ilə yanaşı, dünyanın ən müxtəlif ölkələrində qəzəblə qarşılanıb.

Demokrat Partiyasından olan senatorlar fərmanı ləğv edəcək qanun layihəsini səsverməyə çıxarmağa hazırlaşırlar.

İlkin olaraq Donald Trampa qarşı iddia ilə ABŞ-ın ən nüfuzlu hüquq-müdafiə təşkilatlarınldan olan Amerika Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqı çıxış etmişdi. Daha sonra “Amazon” korporasiyasının banisi Ceff Bezos, habelə Google, Facebook, Microsoft və Expedia şirkətləri iddianı dəstəklədilər.

İş o yerə çatıb ki, ABŞ Dövlət Departamentinin təqribən 900 əməkdaşı Donald Trampın fərmanının sərt tənqid olunduğu daxili memorandumu imzalayıblar. Dövlət Departamentinin yetkilisinin dediyinə görə, memorandum ölkə rəhbərliyinə təqdim olunub.

Ağ Evin rəsmi yetkilisi Şon Spayser olayla bağlı deyib: “Sənəddən xəbərim var. Lakin əməkdaşların nəzərinə çatdırıram ki, onlar ya fərmanı dəstəkləməli, ya da vəzifələrini tərk etməlidirlər”.

Bazar ertəsi Donald Tramp ölkənin baş prokuroru Salli Yeytsi işdən çıxarıb. Səbəb Ədliyyə Nazirliyinin əməkdaşlarının Trampın fərmanını dəstəkləməmələri barədə Yeytsin göstərişi idi.

İpsos beynəlxalq sosioloji mərkəzinin Reuters-lə birlikdə keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ vətəndaşlarının 41 faizi Donald Trampın immiqrasiya qaydalarının sərtləşdirilməsini nəzərdə tutan fərmanını dəstəkləmirlər.

Hakim: “Tramp qanunlara tabe olmalıdır, qanunlar ona yox”

ABŞ-ın Vaşinqton ştatındakı Sietl şəhərinin federal hakimi Ceyms Robart xüsusi qərar qəbul edərək D.Trampın fərmanının ölkə ərazisində qüvvəsini müvəqqəti dayandırıb.

“Qərarım ölkə hökumətinin fərmanını elə indi dayandırır”, – Robart deyib.

Fevralın 3-də Miçiqan ştatının şərq dairəsinin hakimi Viktoriya Roberts də D.Trampın fərmanını dayandırıb.

Eyni qərarı Nyu-Yorkun şərq dairəsinin federal məhkəməsinin hakimi Enn Donelli də qəbul edib.

Bütün bunlarla bağlı olaraq ABŞ-ın Federal Sərhəd və Gömrük xidmətləri Donald Trampın fərmanına əsasən yasaq tətbiq olunmuş ölkələrin aviaşirkətlərinə ABŞ-a sərnişin daşımağa icazə veriblər. Beləcə, əvvəlki qaydalar bərpa olunub.

Ağ Ev isə təbii ki, Donald Trampın fərmanını qanuni və məntiqi sayır.

Xatırladaq ki, bu fərmana əsasən, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə ilə yanaşı, Azərbaycana da məhdudiyyət tətbiq olunub.

Azərbaycan vətəndaşları ən azı yaxın 90 gün ərzində ABŞ-a yalnız biznes fəaliyyəti ilə bağlı dəvətdən sonra viza ilə gedə bilərlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə