Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlik qoruqda balıq ovlayanlarla bağlı açıqlama yaydı
Nazirlik qoruqda balıq ovlayanlarla bağlı açıqlama yaydı
04 Fevral 2017 / 11:45 / Baxış sayı: 534
Font1 Font2 Font3 Font4

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sosial şəbəkədə qanunsuz balıq ovu ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, Qızılağac Dövlət Təbiət Qoruğunda balıqların qanunsuz yollarla kütləvi şəkildə ovlanması ilə bağlı sosial şəbəkədə yerləşdirilmiş fotoşəkillər və məlumat nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı fotoşəkillərin Qızılağac Dövlət Təbiət Qoruğunun sərhədləri hüdudlarından 1,5-2 kilometr aralı məsafədə yerləşən Lənkəran rayonu Nərimanabad və Balıqçılar qəsəbələrini birləşdirən avtomobil yolunun sağ tərəfində Xəzər dənizinin sahilində, Dövlət Sərhəd Xidmətinin 14, 15, 16, 17 və 18 nömrəli yanalma körpüləri sahələrində 6 il əvvəl çəkildiyi müəyyən olunub.

“Fotoşəkillərdəki qayığın nömrəsindən şəkillərin bir neçə il əvvəl çəkilməsi aydın görünür. Çünki araşdırma zamanı müəyyən edilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2012-ci ildən etibarən qayıqlara üç-dörd rəqəmli yanalma nömrələri verilir. Fotoşəkildə isə qayıqda iki rəqəmli yanalma nömrəsi yazılıb. Araşdırma zamanı nazirliyin mütəxəssisləri şəkillərdə içərisində ovlanmış siyənək balıqları olan “Kazanka” tipli BA53 yanalma nömrəli qayığın Lənkəran rayonu Balıqçılar qəsəbə sakini Məmmədov İlqar Nurəli oğluna məxsus olduğunu müəyyənləşdirib. İ.Məmmədov yazılı izahat verərək sözügedən şəkillərin 2010-cu ildə çəkildiyini, həmin vaxt “Lənkəran Balıq Kombinatı” ASC-nin briqada üzvü olaraq ASC-yə verilmiş 18.10.2010-cu il tarixli, 07/15 nömrəli balıqovlama bileti ilə qanuni əsaslarla açıq dənizdə balıq ovladığını, şəkillərin Qızılağac DTQ-da çəkilmədiyini qeyd edib. Həmçinin ona məxsus qayığın yanalma nömrəsinin 6 il əvvəl BA505 olaraq dəyişdirildiyini bildirib”, – deyə məlumatda qeyd olunur.

Eyni zamanda, nazirliyin əməkdaşları tərəfindən 24-25 yanvar 2017-ci il tarixlərində, günün müxtəlif vaxtlarında Qızılağac Dövlət Təbiət Qoruğunun su akvatoriyasında reydlər keçirilib və bu müddətdə qanunsuz balıq ovlanması hallarına rast gəlinməsə də, ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə