Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azəryod” çökdü… 3 aydır əməkhaqqı ala bilməyən işçilər etiraza hazırlaşır – ÖZƏL
“Azəryod” çökdü… 3 aydır əməkhaqqı ala bilməyən işçilər etiraza hazırlaşır – ÖZƏL
04 Fevral 2017 / 12:10 / Baxış sayı: 2986
Font1 Font2 Font3 Font4

Azərbaycanlı oliqarx, “İSR Holding” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilova məsus Neftçaladakı “Azəryod” ASC çökdü. ASC-də işləyən fəhlələrin arxiv.bizimxeber.az-a verdiyi məlumata görə, dünəndən 120-yə yaxın işçi məcburi qaydada öz hesablarına buraxılıb.

Fəhlələr bildirir ki,  şirkəti bu hala qoyan şəxs İsgəndər Xəlilovun qardaşı oğlu Rəşad Xəlilovdur. Onun baş direktor olması ilə problemlər başlayıb.azeryod

Məlumatda qeyd olunur ki, atrıq 3 aydır əmək haqqları verilmir. Dekabr ayından pullarını ala bilməyən fəhlələrə bildirilib ki, əmək haqqları bu ayın 20-dən sonra verilə bilər. Bu isə hələ dəqiq deyil. Əmək haqqlarının niyə verilməməsi isə elektrik enerjisinin qiyməti artdığı, zavod özünü dolandıra bilmədiyi əsas kimi göstərilir.

Fəhlələr isə pullarını tələb edir, əks təqdirdə etiraza başlayacaqlarını deyirlər.

Elə isə maraqlıdır? Dekabr ayı 18 ton, yanvar ayı 15 ton yod yola salan zavodun fəhlələri niyə əmək haqqı ala bilmir? Bu gün dünya bazarında olduqca baha qiymətə satılan yoddan gələn gəliri İsgəndər Xəlilov hara xərcləyir? Nədən işçilərin pulları verilmir?

arxiv.bizimxeber.az-a daxil olan daha bir məlumata görə, zavodun onlarla fəhləsi Rəşad Xəlilovun rayondakı digər biznes yerlərində işlədilir. Zavodda işləməli olan bu şəxslər istismar olunur.  İsgəndər Xəlilovun rayonda 50 hektar ərazini əhatə edən süni balıq artırma vətəgələri,  parnikləri  və təsərrüfat sahələri var. Məhz yoddan gələn gəlir bu istiqamətdə xərcləndiyi üçün işçilərə əmək haqqı verilmir.

Zavod fəhlələrinin arxiv.bizimxeber.az-a verdiyi məlumata görə, zavod rəhbərliyi işçiləri öz xahişi ilə işdən uzaqlaşdırılmasını desə də, əslində bu məcburi qaydada edilir. İşçilər bildirir ki, çox güman ki, pullarını ala bilməyəcəklər. Fəhlələr iqtisadi böhran dövründə işsiz qalmalarından bərk narahatdırlar.

“Azəryod” ASC texniki və kristallaşmış yod istehsal edir. Ayda 18-20 ton yod istehsal edən zavod çökürsə, demək burda başqa səbəblər var.

İlkin Hüseynli
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə